“Mərcan” klinikasının qalmaqallı cərrahı barəsində araşdırma - BAŞLADI

“Mərcan” klinikasının qalmaqallı cərrahı barəsində araşdırma - BAŞLADI Hadisə

Bakıda yerləşən “Mərcan” klinikasında plastik əməliyyat zamanı ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları hərəkətə keçib.

News24.az-ın əldə cetdiyi məlumata görə, 37 yaşlı Rusiya vətəndaşı Arzu Sadıqovanın abdominoplastika və liposaksiya əməliyyatından sonra vəfat etməsi ilə əlaqədar klinikanın ümumi cərrahı, eyni zamanda əvvəllər “MedAura” klinikasının baş həkimi olan Nigar Məmmədova barəsində Nəsimi Rayon Prokurorluğunda araşdırma başladılıb.

Hazırda hadisənin səbəbləri və əməliyyat prosesində mümkün nöqsanların olub-olmaması araşdırılır. İstintaqın nəticələri barədə əlavə məlumat veriləcək.

Aqil Qarayev