-
- 24-08-2019, 14:32
- 1 439
Aprel döyüşlərinin iştirakçısı AĞIR VƏZİYYƏTDƏ - "Beynində şiş, böyrəkləri isə imtina edir" - FOTO - VİDEO
“Kaş elə döyüşlərdə xəsarət alardı. Bilərdik ki, Vətən üçün olub. Yoxsa heç nəyin üstündə qardaşımı itirmək çox ağırdır”.
Bu sözləri Aprel döyüşlərinin iştirakçısı, Goranboy rayonunun N saylı hərbi hissəsinin giziri Feyzulla Nəbiyevin bacısı Günay Nəbiyeva News24.az-a açıqlamasında deyib.
G.Nəbiyevanın sözlərinə görə, təxminən 15 gün əvvəl qardaşının beynində şiş aşkarlanıb və həmin gündən etibarən Feyzulla Nəbiyevin səhhəti pisləşib: “Qardaşım 1992-ci il, mayın 21-də anadan olub. Goranboy rayonunda N saylı hərbi hissəsində qulluq edib. Təxminən on beş gün öncə beynində şişin əmələ gəldiyi məlum oldu. Hərbi Hospitala apardıq və orada bizə təcili əməliyyat etmək lazım olduğu deyildi və o da bildirildi ki, əməliyyat olunmayacağı təqdirdə şiş partlayaraq qardaşımın beyninə ciddi zərər vura bilər. Özəl klinikalardan birində həkimlərin dediyi kimi əməliyyat etdirdik. Əməliyyatdan sonra iki gün vəziyyət yaxşı oldu. Üçüncü gün isə vəziyyəti kəskin pisləşdi, komaya düşdü. Həkimlərin göstərişi ilə analizlər götürüldü. Qardaşım komadan ayıldı və bizi Hərbi Hospitala göndərdilər. İndi isə böyrəklər fəaliyyətini davam etdirə bilmir. Demək olar ki, dəqiqələrlə yaşarıq. Hər an nəyinsə olacağından ehtiyyat edirik”.
Günay Nəbiyeva qardaşının vəziyyəti ilə bağlı dövlət qurumlarına məktub yazdıqlarını bildirib. Lakin, həmin qurumlardan məktuba cavabın gec gəldiyi üçün çarəsiz olduqlarını deyib.
G.Nəbiyeva qardaşının hazırda aparatların köməkliyi ilə yaşadığını bildirərək Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib: “Dövlət başçımızdan xahiş edirik ki, qardaşımın sağalması üçün bizə köməklik etsin. Onu sağlam görmək istəyirik. Mən də əlil insanam. Tək anayam. Qardaşım bizim tək dayağımızdır. Atam da yoxdur. O bizə həm qardaş, həm də atadır”.
Aprel döyüşçüsü Feyzulla Nəbiyevin xəstəxana görüntülərini təqdim edirik: