Vurulan televiziyadan DƏHŞƏTLİ - GÖRÜNTÜLƏR

Vurulan televiziyadan DƏHŞƏTLİ - GÖRÜNTÜLƏR Dünya

İsrail iyunun 16-da İranda mülki yaşayış məntəqələrinə hücumlar edəcəyini elan etdikdən və Tehranın 3-cü bölgəsinə təxliyə bildirişi verdikdən sonra İran Radio və Televiziya Korporasiyasının (IRIB) binasını vurub.

News24.az NTV-yə istinadla xəbər verir ki, IRIB şəhərciyində "Şüşə bina" kimi tanınan məşhur tikili döyüş təyyarələrindən atılan 4 raketlə vurulub.

Hücumdan sonra binaya dəyən böyük ziyan ələ keçirilib.

Hücum zamanı binanın şüşə fasadlarının böyük bir hissəsi tamamilə qırılıb, ofis mərtəbələrində güclü yanğın izləri nəzərə çarpıb.

Ofislərin əksəriyyəti tamamilə yanaraq yararsız hala düşərkən, elektron avadanlıqların, yayım cihazlarının və arxiv otaqlarının da dağıdıldığı müşahidə edilib.

Kampusda çalışan işçilərdən alınan məlumata görə, hücumda 3 jurnalist həyatını itirib, bəzi jurnalistlər isə yaralanıb.

Qurumun bəzi yayım və texniki bölmələrinə ciddi ziyan dəydiyi, yayım axınında qısamüddətli fasilələrin olduğu bildirilib.

Qeyd edək ki, hücuma məruz qalan “Şüşə bina” İRİB-in simvolik strukturlarından biri hesab olunur və illərdir həm yerli, həm də beynəlxalq verilişlərə ev sahibliyi edir.

Günel Məlikzadə
Binanın görüntülərini təqdim edirik:


Vurulan televiziyadan DƏHŞƏTLİ - GÖRÜNTÜLƏR