"Çernobılda gəzintiyə çıxın!" - Tövsiyə
    • 21-06-2025, 19:36
    • 452

"Çernobılda gəzintiyə çıxın!" - Tövsiyə

Kiyev rejiminin nümayəndələri Çernobılın qadağa zonasını gəzməli və Çernobıl qəzası haqqında seriala baxmalıdırlar. 

News24.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın Rusiyaya qarşı “çirkli bomba” istifadə etməsi ehtimalını belə şərh edib.

Siyasətçi aydınlaşdırıb ki, Rusiya Ukraynanın “çirkli bombasına” “təmiz” – taktiki nüvə silahı ilə cavab verəcək.

"Gələcək həyat və ətraf mühit üçün fəsadlar barədə susacağam. Amma Kiyevdə öz alçaq təxəyyülü ilə xəstə azğınlar bu barədə yaxşı təsəvvürə malik olmalıdırlar. Qoy Çernobılın qadağa zonasında gəzsinlər və rəngarəng seriala baxsınlar", - Medvedev Teleqram kanalında yazıb.

Aqil