Trampın xarici tələbə qadağası dayandırıldı

Trampın xarici tələbə qadağası dayandırıldı Dünya

ABŞ-ın Boston bölgəsinin hakimi Allison Burroughs, Prezident Donald Tramp administrasiyasının "beynəlxalq tələbələrin Harvard Universitetində təhsil almaq üçün ölkəyə girməsini əngəlləyən" addımı ilə bağlı qərarını açıqlayıb.

News24.az xəbər verir ki, Federal hakim Burroughs, Tramp administrasiyasının "nüfuzlu bir akademik qurumu nəzarət altına almaq üçün etdiyi bu səhv cəhdin" ifadə azadlığını təhdid etdiyini bildirib.

İfadə və düşüncə azadlığının qorunmasının vacibliyini, bu məhkəmə işinin də bununla əlaqəli olduğunu qeyd edən Burroughs, Tramp administrasiyasının qərarını dayandırıb.

Günel Məlikzadə