Sabirabaddakı qəzada ölən şəxslərin FOTOSU
Hadisə
Xəbər verdiyimiz kimi, Sabirabad rayonunda yük və minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.
"News 24.az"ın məlumatına görə, qəzada 24 yaşlı Cəmil Məmmədli, 15 yaşlı Nihad Məmmədli və 25 yaşlı Fərid Hümbətov həyatını itirib.
*** 10:56
Sabirabad rayonunda yük və minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.
"Unikal" xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük maşını ilə "QAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində Cəmil Məmmədli, Nihad Məmmədli və Fərid Hümbətov ölüb.
Faktla bağlı araşdırma aparılır.