Hacıqabuldan ACI XƏBƏR: - 18 yaşlı oğlan...
Hadisə
Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
News24.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili evə qayıdan kənd sakini, 2005-ci il təvəllüdlü Xosiyev Pünhan Ehtiram oğlunu vurub.
Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.
Onu vuran sürücünün həmkəndlisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.