Ermənistanda arxiyepiskopa qarşı əməliyyat uğursuz - OLDU

Ermənistanda arxiyepiskopa qarşı əməliyyat uğursuz - OLDU Gündəm

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) arxiyepiskop Mikael Ajapahyanı saxlamaq cəhdi baş tutmayıb. 

Neüs24.az xəbər verir ki, Müqəddəs Eçmiədzin Ana Taxtına toplaşan vətəndaşların müqaviməti səbəbindən əməliyyat yarımçıq dayandırılıb.

MTX-nin açıqlamasında bildirilir ki, təhlükəsizlik mülahizələrinə və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədilə qurumun əməkdaşları ərazini tərk edib. Arxiyepiskopun saxlanılması üçün hüquqi prosedurların davam etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, arxiyepiskopa qarşı hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu zorla devirməyə çağırış ittihamı ilə cinayət işi başlanıb.

Aqil