Evində 71 nəfər ölüb – Cahangir

Evində 71 nəfər ölüb – Cahangir Sosial


İsrail ordusunun iyunun 22-də İranın paytaxtı Tehrandakı Evin həbsxanasına zərbəsi nəticəsində 71 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bunu məhkəmə orqanının mətbuat katibi Əsgər Cahangir deyib.

O bildirib ki, rəsmi statistikaya görə, Evinə zərbə nəticəsində 71 nəfər həlak olub:

“Ölənlərin arasında buranın əməkdaşları, əsgərlər, məhbuslar və həbsxana ilə yanaşı evlərin sakinləri var”.