Bakıda sevgilisi üçün partlayış edən şəxs SAXLANILDI
    • 27-08-2019, 12:25
    • 761

Bakıda sevgilisi üçün partlayış edən şəxs SAXLANILDI

Avqustun 25-də gecə saat 1 radələrində Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib.

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib.

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.