Qeyri-iş günü bir də dörd aydan sonra olacaq
Sosial
Azərbaycanda qeyri-iş günü - bayram tətili bir də 4 aydan sonra - noyabr ayında olacaq.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, iyul, avqust, sentyabr və oktyabr aylarında bayram yoxdur.
Sentyabrın 20-si Dövlət Suverenliyi Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyinin Bərpası Günüdür. Həmin günlər hər il bayram kimi qeyd olunan iş günləridir.
Növbəti qeyri-iş günü noyabr ayına təsadüf edəcək. 8 Noyabr Zəfər Günüdür. Noyabrın 9-da isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunacaq. Hər iki gün qeyri-iş günü olan bayramdır.