Rusiyanın işğalçı müharibəsi: Yığmanın sabiq baş məşqçisi öldü
Sosial
Rusiyanın fristayl yığmasının keçmiş baş məşqçisi Nikita Vasilyev Ukrayna müharibəsində öldürülüb.
Publika.az xəbər verir ki, onun 36 yaşı var idi. Məlumata görə, Vasilyev Rusiyanın işğalçı qoşunlarının hava-desant hücum bölməsinə komandirlik edib.
O, Malinovkaya hücum zamanı həlak olub.