Bakı Şəhər İcra Hakimiyyəti ictimai çimərliklərlə bağlı MƏLUMAT YAYDI
    • 27-08-2019, 16:05
    • 744

Bakı Şəhər İcra Hakimiyyəti ictimai çimərliklərlə bağlı MƏLUMAT YAYDI

Son bir neçə gündə bəzi KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı həqiqətə uyğun olmayan xəbərlər verilib.

Bu barədə News24.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov verib. Onun sözlərinə görə, KİV-lərdə qeyd olunanlar şaiyələrdən başqa bir şey deyil: "Bakı şəhərində Səbail rayonu “Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur.
Çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır". 

Afaq Mirayiq