Altıağac milli parkında  “açıq qapı” günü KEÇİRİLƏCƏK - FOTOLAR
    • 27-08-2019, 17:29
    • 1 543

Altıağac milli parkında “açıq qapı” günü KEÇİRİLƏCƏK - FOTOLAR

Altıağac milli parkının yaranması günü ilə əlaqədar 31 avqust tarixində parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac milli parkının füsunkar təbiətini görmək üçün hər kəsi milli parka dəvət edirik.

Qeyd edək ki, Altıağac milli parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2004-cü il tarixli Sərəncamı ilə yaradılıb.