Tərtərdə ilanın sancdığı sakin Bakıya gətirildi

Tərtərdə ilanın sancdığı sakin Bakıya gətirildi Hadisə

Tərtərdə sakini ilansancmadan Bakıya xəstəxanaya göndərilib.

News24.az Teleqraf-a istinadla bildirir ki, rayonun Seydimli kənd sakini Rəşad Süleymanov həyətlərində təmizlik işləri görərkən ilan onu sağ əlindən sancıb.

R.Süleymanov Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin yardım göstərilib, vəziyyəti orta-ağır olduğundan Bakı Toksikologiya Mərkəzinə göndərilib.