İndi onlar təqaüdə çıxmayacaq: - İyulun 7-dən proses DAYANDIRILIR

İndi onlar təqaüdə çıxmayacaq: - İyulun 7-dən proses DAYANDIRILIR Dünya

Rusiya pensiya sistemi analoqu olmayan restrukturizasiya mərhələsinə daxil olub.

News24.az xəbər verir ki, ən böyük dəyişiklik – pensiya yaşının artırılmasıdır. 2028-ci ilədək kişilər 65, qadınlar isə 60 yaşında pensiyaya çıxacaqlar.

2025-ci il təqvimi “boş dövr” hesab olunur – yalnız güzəştli kateqoriyalara aid şəxslər pensiyaya müraciət edə biləcəklər.

2025-ci ildən sığorta pensiyası üçün yeni tələblər tətbiq ediləcək:

Minimum 15 il rəsmi staj, ən azı 30 pensiya balı lazımdır.

Bu şərtləri yerinə yetirməyənlər yalnız sosial pensiya ala biləcəklər:

Kişilər üçün – 70 yaşdan,

Qadınlar üçün – 65 yaşdan.

Əmək fəaliyyətində rəsmi iştirak və pensiya ballarının toplanması daha da önəm qazanır.

Aqil