Yalnız 3 gecədə xoruldamağı dayandırır - 30 saniyəlik hiylə

Yalnız 3 gecədə xoruldamağı dayandırır - 30 saniyəlik hiylə Maraqlı

Yay aylarında artan polen miqdarı və isti hava dalğaları ilə birlikdə xoruldama şikayətləri də artır. Yuxu mütəxəssisləri bu problemin qarşısını almaq üçün sadə və risksiz bir üsul təklif edir: gündə cəmi 30 saniyəlik dil məşqi.

News24.az bildirir ki, mütəxəssislərə görə xoruldamanın əsas səbəblərindən biri dilin zəif əzələləridir. İngiltərəli yuxu eksperti Martin Seeley, dilin gündəlik məşqlərlə gücləndirilməsinin xoruldamanı ciddi şəkildə azalda biləcəyini bildirib. Onun tövsiyə etdiyi məşq belədir:

➡️ Ağzınızı bağlayaraq dilinizi sağdan sola 10 dəfə hərəkət etdirin.

➡️ Bu hərəkəti digər istiqamətlərdə də təkrarlayın.

➡️ Gündə yalnız 1 dəfə tətbiq edin.

Seeley, bu sadə hərəkətin cəmi 3 gecədə nəticə verdiyini, 3 aylıq tədqiqatda isə xoruldamanın 59% azaldığını qeyd edib.

Sosial mediada da dəstək gördü

5,4 milyon izləyicisi olan TikTok həkimi Dr. Karan Rajan da dil məşqlərinin effektivliyini təsdiqləyərək bu hərəkətləri tövsiyə edir:

Dilinizi bayıra çıxarıb 5 saniyə tutmaq

Dilinizi qaşığa doğru itələmək

Yanaqlara barmaq qoyaraq dili içəridən sağa-sola hərəkət etdirmək

Yutkunarkən dili dişlərə basdırmaq

Yuxarı baxarkən dilin arxaya düşməsinə icazə vermək

Qidalanmaya da diqqət edin

Seeley, xoruldamanın yalnız məşqlərlə deyil, qidalanma ilə də nəzarət altına alınmasının mümkün olduğunu deyir. Yatmadan əvvəl süd, dondurma kimi yağlı süd məhsulları selikli qatılaşdıraraq tənəffüsü çətinləşdirə, ədviyyatlı yeməklər isə boğazda iltihab yarada bilər.

Əliyar