Ödənişli hərbi xidmətin yeni məbləği - AÇIQLANDI
Dünya
Türkiyədə ödənişli hərbi xidmətə görə ödəniş məbləği yenidən hesablanıb.
News24.az-ın xəbərinə görə, hər ilin yanvar və iyul aylarında dövlət qulluqçusunun əmək haqqı əmsalına uyğun müəyyən edilən ödəniş 240.000 göstərici rəqəminin bu əmsala vurulması ilə hesablanır.
2025-ci ilin ikinci yarısı üçün nəzərdə tutulan %5-lik kollektiv müqavilə artımı da əlavə edildikdə, dövlət qulluqçularına ümumi maaş artımı %15,57 təşkil edir. Bu artım ödənişli hərbi xidmət haqqına da təsir edib.
Beləliklə, əvvəlki məbləğ olan 243.013 TL, 280.875 TL-yə yüksəlib.
Aqil