-
- 28-08-2019, 09:49
- 1 102
İsmayıllıda toyda kütləvi zəhərlənmə- 33 nəfər xəstəxanaya yerləşdirildi
İsmayıllıda kütləvi zəhərlənmə baş verib.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, xəstəxanaya ümumilikdə 33 nəfər müraciət edib. Səhər saat 9:30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb. Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir.
Qidadan zəhərlənmə etimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşviq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər.