Göygöldə avtomobilin vurduğu Gəncə sakini XƏSTƏXANADA ÖLDÜ
    • 28-08-2019, 14:32
    • 781

Göygöldə avtomobilin vurduğu Gəncə sakini XƏSTƏXANADA ÖLDÜ

Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, avqustun 27-də saat 21 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ş.İbrahimov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Yetirən Həsənovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Göygöl RPŞ tərəfindən araşdırma aparılır.