Rəşadın həyat yoldaşı:
    • 28-08-2019, 17:52
    • 3 843

Rəşadın həyat yoldaşı: "Boşanma ərizəsini mən vermişəm. O isə bununla razı deyil" - AÇIQLAMA - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı həyat yoldaşı Nailə Süleymanzadə ilə yollarını ayırmaq qərarına gəliblər. Məşhurun həyat yoldaşı boşanma ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edib.

Nailə Süleymanzadə açıqlamasında boşanmanın səbəbləri haqda danışıb:

"Bu haqda danışmaq istəmirdim. İstəməzdim ki, belə xəbərlər mətbuatda yer alsın. Biz Rəşadla dost kimi ayrılmağı düşünürük. O övladlarımın atasıdır. Sadəcə ailə münaqişələrimiz oldu və anlaşa bilmədik. Boşanma ərizəsini mən vermişəm. Rəşad isə bununla razı deyil"

Cütlüyün Yusif və Bətül adlı iki övladı var.

Qeyd edək ki, boşanma haqda xəbəri axsam.az saytı yayıb.

/azxeber.com/
-----------------------------------------------------------------------
***16:16 

"Bu xəbər yalandır. Bilmirik bunu kim, nə məqsədlə yayıb. Amma şayiədən başqa bir şey deyil".

Bu sözləri haqqında boşanma xəbəri yayılan meyxanaçı Rəşad Dağlının qardaşı Ağa Əmirov News24.az -a açıqlamasında deyib.

O bildirib ki, yayılan xəbərin heç bir əsası yoxdur: "Qardaşım xanımı ilə bir yerdədir. Ailəsində də hər şey qaydasındadır. Rəşad tanınmış adamdır. Bir istəyəni varsa, beş də istəməyəni, gözü götürməyəni var. Bu xəbəri yayanlar qardaşımı istəməyəndir. Onların məqsədi Rəşadın ailəsində söz-söhbət salmaqdır".

Ağa Əmirov bildirib ki, boşanma haqda yayılan əsassız xəbərlər onun övladlarına çox pis təsir edib: "Qardaşımın iki balası var.
Oğlu birinci sinifə gedir. Uşağın sinif yoldaşları var. İndi nə yazılsa internetdə çıxır. Uşaq da o xəbərləri oxuyur. Belə xəbərlər ona pis təsir edir, psixologiyasını pozur"

Ağa Əmirov Nailə Süleymanzadənin boşanma ilə bağlı Xətai Rayon Məhkəməsinə müraciətinin də yalan olduğunu bildirib: "Bu da uydurmadır. Başqa nə deyəcəklər? Ailə münaqişəsi-filan deyib camaatı inandırmaq istəyəcəklər də..."