Hərbi qulluqçularımız hədəfləri MÜƏYYƏNLƏŞDİRİB - FOTO
    • 28-08-2019, 17:21
    • 731

Hərbi qulluqçularımız hədəfləri MÜƏYYƏNLƏŞDİRİB - FOTO

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışlarının ilk mərhələsi başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qoşun növləri və xidmət sahələrindən yarışlara qatılan hərbi qulluqçular ilkin mərhələdə ərazidə uzun məsafəyə qaçış edərək xəritə üzərində göstərilən hədəfləri müəyyənləşdiriblər.

Yarışın şərtlərinə əsasən kişi hərbi qulluqçular 9,3 km məsafədə 16 nöqtəni, qadın hərbi qulluqçular isə 6,8 km məsafədə 15 nöqtəni aşkar ediblər.