Ata oğlunu bıçaqlayaraq öldürdü

Ata oğlunu bıçaqlayaraq öldürdü Hadisə

Türkiyədə Şaban M. ilə oğlu Hilmi M. arasında mübahisə yaranıb və bu, davaya çevrilib. 

News24.az Haber Global-a istinadən xəbər verir ki, Şaban M. əlindəki bıçaqla oğlunu yaralayıb. Hadisə yerinə gələn təcili yardım və polis əməkdaşları Hilmi M.-ni xəstəxanaya apararkən o, dünyasını dəyişib. Şaban M. polis tərəfindən saxlanılıb və hadisə ilə bağlı araşdırma davam edir.

Qonşular deyirlər ki, ata ilə oğul arasında uzun müddətdir problem olub və son bir ildə evə tez-tez polis gəlib.

Xeyrənsə Piriyeva