-
- 29-08-2019, 10:45
- 711
BŞTİ uşaqların I sinfə qəbulunun gecikmə səbəblərini AÇIQLADI
2019-2020-ci tədris ili üçün Bakıda 8 yaşdan yuxarı 28 nəfər uşaq I sinfə qəbulla bağlı elektron qeydiyyatdan keçib.
News24.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, onlar, əsasən, 2006-2010-cu il təvəllüdlü uşaqlardır.
Həmin uşaqların I sinfə qəbulunun, əsasən ailə problemləri, müxtəlif xəstəliklər və digər üzrlü səbəblərdən gecikdiyi məlum olur: "Uşaqların vaxtında I sinfə qəbulunu subyektiv səbəblərdən ləngidən valideynlərə əsas tövsiyəmiz odur ki, bu kimi hallara maksimum dərəcədə yol verməsinlər. Bu halda uşaqların öz yaşıdları ilə müqayisədə inkişafı ləngiyir və onlar sonrakı illərdə istər tədris nailiyyətləri, istərsə də psixoloji inkişaf baxımından həmyaşıdlarından geri qalırlar. Odur ki, valideynlər əsaslı səbəblər olmadığı təqdirdə övladlarının məktəbə qəbulunu ləngitməsinlər".
Qeyd edək ki, yaşı 8-dən yuxarı olan uşaqlar "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq, fərdi təhsilə cəlb olunurlar.
Təhsildən kənarda qalmış şəxslərin fərdi təhsili nümunəvi tədris planları əsasında aparılır. Tədris planında nəzərdə tutulan fənlər üzrə proqramlar müəyyən edilmiş saatlara uyğunlaşdırılır. Fərdi təhsil həftədə 4 gün təşkil olunur.
Fərdi təhsil yolu ilə ümumi orta təhsil səviyyəsinin VIII sinfini bitirmiş şəxslər arzu etdikləri halda, müstəqil hazırlaşaraq eksternat qaydasında imtahan verib təhsil sənədi almaq hüququna malikdirlər.