Etirazlara görə "Babək" serialı çəkilməyəcək
Sosial
Xalq Qəhrəmanı Babəkin həyatı ilə bağlı Türkiyədə çəkilməsi planlaşdırılan serial təxirə salınıb.
Bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Nurlan Zaliyev məlumat yayıb. "Bozdağ Yapım"ın lentə alacağı serial ərəb iş adamlarının sərt etirazına görə ləğv edilib.
"Tabii" platformasında yayımlanması planlaşdırılan ekran işində baş rolu İlan Şən canlandıracaqdı.
Xürrəmilər hərəkatının rəhbəri Babək, Ərəb Xilafətinə qarşı Cənubi Azərbaycandakı azadlıq müharibəsinə rəhbərlik etmiş sərkərdə idi.