Yalançının dilinə qaynar dəmir basıb... - ŞOK ADƏT-ƏNƏNƏ - VİDEO
    • 29-08-2019, 11:49
    • 1 357

Yalançının dilinə qaynar dəmir basıb... - ŞOK ADƏT-ƏNƏNƏ - VİDEO

Yalan danışmaqda günahlandırılan şəxsin dilinə qaynar dəmir basıb, onun nə qədər doğru söylədiyini təyin edirlər. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qorxunc adət-ənənə illərdir Misirdə qorunub saxlanılır. Bişa adlanan yoxlama üsüluna doğru danışdığını təsdiq etmək istəyənlər könüllü olaraq müraciət etdir. 

Ritualı həyata keçirən mubaşa 900 dərəcəyə qədər qızdırılmış dəmiri günahlandırılan şəxsin dilinə basır. Əgər həmin vaxt onun dilində yanıq, suluq və ya qaraltı əmələ gələrsə, o zaman o şəxsin yalan danışması sübuta yetirilir. Bununla da o, cərimə ödəməli olur.