Ögey ata dəhşət saçdı - 10 YAŞLI QIZINI BIÇAQLADI, 3 YAŞLI OĞLUNU QUYUYA ATDI - FOTO
    • 29-08-2019, 12:56
    • 1 191

Ögey ata dəhşət saçdı - 10 YAŞLI QIZINI BIÇAQLADI, 3 YAŞLI OĞLUNU QUYUYA ATDI - FOTO

Ögey atanın hərəkəti hər kəsi şoka salıb. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın Çerkas bölgəsində baş verib. Polisə iki azyaşlının bədən xəsarıtləri alması ilə bağlı məlumat daxil olub. 

Hadisə yerinə gələn polis əməkdaşları ögey atanın 10 yaşlı qızına bıcaq xəsarəti yetirdiyini, 3 yaşlı oğlunu isə 18 metrlik quyuya atdığını açıqlayıb. 

Uşaqlara tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıblar. Hadisəni tərədən şəxs isə  bir müddət sonra gizlədiyi kolluq ərazidən tapılaraq saxlanılıb. Hazırda onun uşaqları nə üçün öldürmək istədiyi araşdılır. Törətdiyi əməl sübuta yetirildiyi təqdirdə ögey ata 5 ildən 15 ilə dək və ya ömürlük həbs oluna bilər.