İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı

İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı Siyasət


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri iyulun 10-da başa çatıb.

News24.az xəbər verir ki, Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin ədliyyə naziri Abdulla bin Avad ən-Nueymi və digər rəsmi şəxslər yola saldılar.