Ukrayna silahlarını NATO ÖDƏYİR - TRAMP

Ukrayna silahlarını NATO ÖDƏYİR - TRAMP Dünya

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya göndərilən Amerika silahlarının xərcini NATO müttəfiqləri qarşılayır. 

News24.az TASS-a istinadən xəbər verir. 

NBC News-a müsahibəsində Tramp deyib: “Biz silahları NATO-ya göndəririk və bu silahların 100 faizini NATO ödəyir. Sonra NATO bu silahları Ukraynaya verir.”

O, bu razılaşmanın keçən ay keçirilən NATO sammitində əldə olunduğunu da əlavə edib.


Xeyrənsə Piriyeva