Serbiyada tələbə hərəkatı prezidentliyə namizədini açıqladı
Dünya
Serbiyanın tələbə hərəkatı akademik Radomir Saiçiçi prezidentliyə namizəd irəli sürüb. Bu barədə NIN nəşri məlumat yayıb.
65 yaşlı Saiçiç Belqrad Universitetinin professoru və Serbiya Elmlər və İncəsənət Akademiyasının üzvüdür. O, tələbə etirazlarını dəstəkləyib və 2025-ci ildə prezident Aleksandr Vuçiçin istefasını tələb edən müraciətə qoşulub.
Namizədin qeydiyyatı üçün noyabrın 28-29-da 10 min imza toplanması planlaşdırılır. Prezident seçkiləri dekabrın 27-də keçiriləcək.