Bu məhsullara hava limanında - CƏRİMƏ OLUNUR!
Avropada bəzi ölkələrdə, xüsusilə Almaniyaya qayıdan turistlər havalimanında saxta məhsullarla yaxalanarsa, pul cəriməsi ödəməli olacaqlar.
News24.az xəbər verir ki, Almaniya Marka və Patent Təşkilatı xəbərdarlıq edib ki, çanta, saat, gün eynəyi kimi saxta mallar almaq qanunsuzdur və cəriməyə səbəb ola bilər.
İspaniyada bir turist saxta gün eynəyinə görə 750 avro cərimələnib. Mütəxəssislər bildirir ki, bu cür alış-veriş həm maddi zərər, həm də cinayət şəbəkələrinə dəstək deməkdir.
Xeyrənsə Piriyeva