Meşədən bitki yığmağa getdi, pələngə yem oldu
Sosial
Nepalda 68 yaşlı kişi pələngin hücumuna məruz qalıb.
Publika.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" məlumat yayıb.
Hadisə Çitvan rayonunda baş verib. 68 yaşlı nepallı rayon ərazisində yerləşən meşəyə mal-qara üçün bitki toplamağa gedibmiş. Onunla birlikdə əraziyə daha iki nəfər getsə də, onlar evlərinə qayıda biliblər. Kişinin çoxdan meşədə olduğunu anlayan yerli sakinlər axtarış təşkil ediblər. Onun meyitini iki saatlıq axtarışdan sonra tapmaq mümkün olub.
Yerli ekspertlərin sözlərinə görə, ilin əvvəlindən meşədə 50 nəfər vəhşi heyvanların hücumuna məruz qalıb, onlardan 13-ü ölüb, qalanları xəsarət alıb.