İspan futbolçu Fənərbaxçanın təklifini - RƏDD EDİB

İspan futbolçu Fənərbaxçanın təklifini - RƏDD EDİB İdman

İspan mətbuatı yazır ki, 29 yaşlı Marco Asensio Fənərbaxçanın illik 9 milyon avroluq təklifini qəbul etməyib. 

Bu barədə News24.az Cumhuriyət-ə istinadən xəbər verir. 

Futbolçunun Avropanın aparıcı liqalarında oynamaq istədiyi bildirilib. Onunla Milan, Inter və Villareal kimi klubların maraqlandığı qeyd olunub. 

Asensio ötən mövsüm Aston Villa forması ilə 21 oyunda 8 qol vurub.


Xeyrənsə Piriyeva