Baş nazirin müavini ilə bağlı CİNAYƏT İŞİ
Dünya
Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini, ədliyyə naziri Olha Stefanişinaya qarşı cinayət işi aparır.
Bu barədə Ukraynanın “Politika Strany” Teleqram kanalı məlumat yayıb.
İstintaq Stefanişinanın keçmiş əri ilə əlaqəli şirkətlərin idarə olunması üçün dövlətdən əvvəllər dondurulmuş aktivləri alması ilə bağlı məlumatların ortaya çıxmasından bir həftə sonra, iyunun 11-də açılıb.
NABU Stefanişynanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilir. O, altı ilə qədər həbs cəzası ala bilər.
Aqil