Deportasiya dalğası Bakıya qədər - UZANDI

Deportasiya dalğası Bakıya qədər - UZANDI Gündəm

"Son dövrlərdə Rusiyada miqrantlara qarşı təzyiq və deportasiya halları artıb. Bu, xüsusilə Orta Asiya ölkələrindən olan işçilərə yönəlib. 2024-cü ildə Rusiyada 80.000-dən çox miqrant deportasiya edilib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur".

Bu fikirləri News24.az-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib. 

Onun sözlərinə görə, bu tədbirlər Rusiya ilə Azərbaycan arasında turizm əlaqələrinə də təsir göstərir:

"İyul ayına olan məlumata görə, Rusiya turistlərinin Azərbaycana səfərləri 30%-dən bir qədər çox azalıb".

Ekspert  Rusiyada miqrantlara qarşı sərtləşdirilmiş tədbirlər və deportasiya hallarının həm daxili, həm də beynəlxalq səfərlərə təsir göstərdiyini xüsusilə vurğulayıb.  O bildirib ki, Azərbaycan vətəndaşlarının Rusiyaya səfər planlaşdırarkən bu dəyişiklikləri və potensial riskləri nəzərə alması vacibdir.

Xeyrənsə Piriyeva