Həkim sağlam yuxunun - SİRRİNİ AÇIQLADI
Sağlamlıq
Rusiyalı somnoloq və endokrinoloq Darya Lebedeva sağlam və dərin yuxu üçün “6T” metodikasını tövsiyə edib. Bu metod yuxunun keyfiyyətini artıran 6 əsas amili əhatə edir: təhlükəsiz qaranlıq (темнота), səssizlik (тишина), uyğun temperatur (температура), təbii parçalar (ткани), diqqətlilik (тщательность) və texnologiya (технологии).
Bu barədə News24.az Gazete.ru-ya istinadən xəbər verir.
Həkimin sözlərinə görə:
Qaranlıq melatonin hormonunun düzgün ifrazı üçün vacibdir, bu da keyfiyyətli yuxunu təmin edir.
Səssizlik üçün səs izolyasiyası və ya qulaqcıqlardan istifadə tövsiyə olunur.
Optimal otaq temperaturu 18–20°C olmalıdır.
Təbii parçalar – pambıq və kətan kimi materiallar dərinin nəfəs almasına və rahat yatmağa kömək edir.
Texnologiya – ağıllı ev sistemləri, hava təmizləyicilər və işıqla oyadan saatlar yuxunun daha rahat keçməsinə şərait yaradır.
Mütəxəssis bildirir ki, bu qaydalara mütəmadi əməl edənlər dincəlmiş və enerjili oyanır.
Xeyrənsə Piriyeva