Avtomobillər toqquşdu, qaz xətti sıradan çıxdı
    • 30-08-2019, 22:28
    • 832

Avtomobillər toqquşdu, qaz xətti sıradan çıxdı

Qazax rayonunun N.Nərimanov küçəsində 4 avtomobil bir-biri ilə toqquşub.
News24.az xəbər verir ki, hadisə saat 17:00 radələrində baş verib. 
Bu zaman avtomobillər orta təzyiqli qaz xəttini birləşdiyi yerdən qoparıb. 
Baş verən olaya görə 1500 abonentin qaz təchizatı dayandırılıb. 
Hadisənin səbəbləri araşdırılır.