Bu ərazilərdə qaz olmayacaq
    • 24-09-2019, 09:52
    • 705

Bu ərazilərdə qaz olmayacaq

Sentyabrın 24-də səhər saat 09:00-dan bir neçə orta təzyiqli qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi işləri icra ediləcək.

Azəriqaz İB-dən News24.az-a verilən məlumata görə,“Gəncə şəhər-1”, “Maşınqayırma”, “Gəncə şəhər-2”, “Avtozavod” orta təzyiqli qaz xətlərində və “Bağmanlar” ölçü qovşağında aparılacaq işlər zamanı Gəncə şəhərinin bir hissəsində qaz təchizatı dayandırılıb.  

Bu gün saat 10:00-dan etibarən Neftçala rayonunun Surra kəndi istiqamətində yeni çəkilmiş diametri 159 mm-lik orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı rayonunun bir neçə yaşayış məntəqəsində qaz olmayacaq.