Sabunçuda ikimərtəbəli mağaza YANDI
    • 31-08-2019, 10:33
    • 886

Sabunçuda ikimərtəbəli mağaza YANDI

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 200 m² olan taxtadan ibarət tikilinin yanar konstruksiyaları 94 m² sahədə, bitişik ümumi sahəsi 10 m² olan köməkçi tikili və yaxınlıqda ümumi sahəsi 200 m² olan ikimərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 4 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tikilinin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;