Yasamalda ev yandı
    • 8-05-2020, 08:50
    • 818

Yasamalda ev yandı

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 30 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 35 m² olan digər köməkçi tikilinin lambirindən ibarət tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.