Rusiya mətbuatından iddia: - Görüşlər İstanbulda keçiriləcək

Rusiya mətbuatından iddia: - Görüşlər İstanbulda keçiriləcək Dünya

Rusiya dövlət agentliyi TASS-a danışan mənbə, Rusiya və Ukrayna arasında növbəti görüşlərin İstanbulda baş tuta biləcəyini bildirib. “Bəli, İstanbul görüş üçün uyğun yerdir,” – deyə mənbə qeyd edib.

News24.az CNN Türk-ə istinadən bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskiy, 19 iyulda verdiyi açıqlamada, Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi, eyni zamanda İstanbul danışıqlarında Kiyev nümayəndə heyətinin rəhbəri olan Rustem Umerovun, qarşı tərəfə gələn həftə yeni müzakirə raundu təklif etdiyini bildirib.

TASS-a danışan mənbənin sözlərinə görə isə hələlik dəqiq tarix müəyyən edilməyib və tərəflər görüş vaxtını müzakirə etməyə davam edirlər.

Xeyrənsə Piriyeva