Rusların 87%-i idmançılara qoyulan qadağalara - QARŞI ÇIXIR
Dünya
VCIOM-un sorğusuna görə, rusların 87%-i ölkə idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını ədalətsiz hesab edir. Mərkəzin direktoru Mixail Mamonov bildirib ki, cəmiyyətdə “idman siyasətdən kənardır” prinsipinin pozulduğu qənaəti formalaşıb.
Bu barədə News24.az TASS-a istinadən məlumat verir.
Sorğuda iştirak edənlərin 95%-i isə rus idmançılara, o cümlədən Olimpiya oyunlarında iştirak üçün qoyulan məhdudiyyətlərin ləğvini tələb edir. 2022-ci ildən bəri rus idmançılar beynəlxalq yarışlardan geniş şəkildə uzaqlaşdırılıb, yalnız bəziləri neytral statusla çıxış edə bilir.
Xeyrənsə Piriyeva