Mikroplastik təhlükəsi: - Damar tıxanıqlığından xərçəngə qədər risk!
Sağlamlıq
Mikroplastiklər tənəffüs, qida və su yolu ilə insan bədəninə daxil olaraq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Prof. Dr. Okay Abacı, bu hissəciklərin damar içində iltihab yaradaraq damar tıxanıqlığı və infarkt riskini artırdığını bildirib.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Prof. Dr. Nuray Erkan isə mikroplastiklərin təkcə balıq deyil, kənd təsərrüfatı və heyvandarlıq məhsullarında da olduğunu, hormon sistemi pozğunluğu, obezlik, diabet və xərçəng riskini artırdığını deyib. Mütəxəssislər plastik istifadəsinin azaldılmasını və təmiz istehsalın vacibliyini vurğulayır.
Xeyrənsə Piriyeva