Bu ölkə pivə istehsalında - LİDER OLDU

Bu ölkə pivə istehsalında - LİDER OLDU Dünya

2024-cü ildə Rusiya 90 milyon hektolitr pivə istehsal edərək Almaniyanı geridə qoyub və Avropanın ən böyük pivə istehsalçısına çevrilib. Bu göstərici ilə Rusiya dünyada ilk beşlikdə yer alıb, Almaniya isə altıncı sıraya enib.

Bu barədə News24.az TASS-a istinadən xəbər verir. 

BarthHaas şirkətinin hesabatına görə, Rusiyanın pivə istehsalı ötən illə müqayisədə 7.4 milyon hektolitr (təxminən 9%) artıb. Qlobal miqyasda Çin, ABŞ, Braziliya və Meksika ilk dörd yerdə qərarlaşıb.

Almaniya isə pivə istehsalında yerini itirsə də, 2024-cü ildə qlobal miqyasda ən çox xam xəm hop istehsal edən ölkə olaraq qalır – dünya bazarının 41%-i Almaniyaya məxsusdur.

Xeyrənsə Piriyeva