Hərbçimiz vəfat etdi

Hərbçimiz vəfat etdi Hadisə


Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

News24.az unikal.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü hərbiçi Nəbiyev Hakim Hüseyn oğlu məzuniyyətini doğma evində  keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma başlanıb.