Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə - TƏYİNAT aldı

Elxan Əbdürrəhimov 11 il əvvəlki vəzifəsinə - TƏYİNAT aldı Gündəm

Bir neçə gün əvvəl vəzifəsindən azad olunan Qusar rayonunun sabiq prokuroru Elxan Əbdürrəhimov yenidən əvvəlki iş yerinə təyinat alıb.

News24.az bildirir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə sabiq prokuror Baş prokuror Kamran Əliyevin əmri ilə 11 il əvvəlki iş yerinə-Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Elxan Əbdürrəhimov 6 il Xaçmaz, 5 il isə Qusar rayon prokuroru vəzifələrində çalışıb.

Qusar rayon prokuroru vəzifəsinə təyin edilən Ceyhun Mirzəyev isə Bakı şəhər prokurorluğunun məhkəmələrindən birində dövlət ittihamçısı işləyib.