Musab Məmmədtağıyev 2 qızıl 1 gümüş medal - QAZANDI

Musab Məmmədtağıyev 2 qızıl 1 gümüş medal - QAZANDI İdman

İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən U 15 və yeniyetmələrin Avropa birinciliyi davam edir. 

News24.az xəbər verir ki,  ikinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U 15 kateqoriyasında mübarizəyə qoşulub. 56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub. 

Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb. 

Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi adını qazanıb.

Musab Məmmədtağıyev 2 qızıl 1 gümüş medal - QAZANDI