Rəqsanə QARŞIDURMA YARATDI: - “Sən də avtovağzallarda trend idin”

Rəqsanə QARŞIDURMA YARATDI: - “Sən də avtovağzallarda trend idin” Şou

“Trend o idi ki, kasetlərimiz satılırdı və bütün Azərbaycanda mən oxuyurdum”.

News24.az yenicag.az-a istinadla xəbər verir ki, müğənni Rəqsanə İsmayılova bu sözləri “You Tube”da trendin ləğv olunmasına münasibət bildirərkən deyib:

“Dünəndən aləm dəyib bir-birinə. Trendin ləğv olunmağı nə gözəl oldu. Trend-brend heç vaxt  mənim üçün maraqlı deyil və heç vaxt da maraqlı olmayıb. Trend o idi ki, kasetlərimiz satılırdı və bütün Azərbaycanda mən oxuyurdum. Yaxşı oldu, əla oldu”.

Onun açıqlaması sosial şəbəkədə qarşıdurma yaradıb. Onun özünə tərif yağdırması bəzi izləyicilər tərəfindən tənqidlə qarşılanıb:

“Sənin mahnıların ancaq bazarda, “talkuçka”larda səslənirdi. Hə, avtovağzallarda trend idin. Hansı ildə sən trend olmusan?! Trendə düşsəydin, indi elə öyünərdin ki…”