Şokoladda bakteriya AŞKARLANDI: - 5 nəfər xəstəxanalıq oldu

Şokoladda bakteriya AŞKARLANDI: - 5 nəfər xəstəxanalıq oldu Sağlamlıq

ABŞ-da satılan, Türkiyənin Emek Gıda şirkətinə məxsus "Dubai" markalı kadayıflı-fıstıqlı şokolad ezməsində salmonella bakteriyası aşkar edilib. Minnesota ştatında aparılan yoxlama zamanı bakteriyanın varlığı təsdiqlənib. Məhsulu istehlak edən 5 nəfərdən 4-ü xəstələnib, 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, salmonella infeksiyası ürəkbulanma, ishal, yüksək hərarət və qusma ilə özünü göstərir. ABŞ-dakı World Market mağazalarında satılan bu məhsulun artıq 30 ölkəyə də ixrac edildiyi bildirilir.

ABŞ səlahiyyətliləri məhsulun bazardan geri çağırılması və istehlakçılara xəbərdarlıq edilməsi ilə bağlı təcili tədbirlər görüblər.

Xeyrənsə Piriyeva