Naxçıvanın bəzi ərazilərində su olmayacaq
Sosial
Bu gün Naxçıvan şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsi dayandırılacaq.
News24.az "Unikal"-a istinadən xəbər verir ki, buna səbəb şəhərin Əliqulu Qəmküsar, Babək və Əlincə məhəllələrini su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılmasıdır.
Odur ki, saat 10:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq. İşlər bu gün yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.